“İlin əvvəlindən pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər olduğu kimi, ov mövsümünə də məhdudiyyətlər qoyulmuşdu. Yay aylarında məhdudiyyətlərin əksəriyyəti götürüldü, ölkədə epidemioloji durum daha da sabitləşdi. Sentyabrın 1-dən ov mövsümü açıq elan edilib”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. 

O qeyd edib ki, 27 sentyabrdan Vətən Müharibəsinin başlanması və gedişatı ilə əlaqədar, həmçinin epidemiloji durumun daha da kəskinləşməsi ilə bağlı ov mövsümünün saxlanılması qərara alınıb: “Artıq Vətən müharibəsi bitib, ölkədə olan hərbi vəziyyət götürülüb, lakin epidemiloji vəziyyət heç də ürəkaçan deyil. İnsanların birgə qrup halında ov etməsi, ov məhsullarından istifadə, regionlar arasında hərəkət etməklə bağlı məhdudiyyətlərə görə hazırda ov məsələsinə icazə verilmir. İcazə verilən zaman məlumat veriləcək”.

.