Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.

Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.
O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar".

O eyni zamanda deyib ki, sertifikasiyadan kəsilənlər daha çox Gəncə-Daşkəsən Regional İdarəsi tabeliyindəki müəssisələrdə çalışanlar təşkil edib:

"Eyni zamanda keçən prosesdə üzrlü səbəbdən iştirak etməyən və ya kəsilənlər arasında 70-80 nəfər 50 baldan yuxarı nəticə göstərib".

Sertifikasiyadan kəsilən 60 yaşdan yuxarı 600 müəllim növbəti imtahanda iştirakdan imtina edib

Ötən il sertifikatlaşdırmadan kəsilən 60 yaşdan yuxarı 2800 müəllimdən 600-ü bu il sertifikasiyada iştirak etməkdən imtina edib.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Qeyd edək ki, qaydalara edilmiş dəyişikliyə görə, bu ildən 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakı könüllüdür.

Nazir müavini: Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma aparılması üçün hazırda qaydalar hazırlanır

Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma aparılması üçün hazırda qaydalar hazırlanır.

Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.

O bildirib ki, dövrün sonuna qədər 17 min müəllimin sertifikasiyada iştirakı gözlənilir.

.