Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 20,1 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 522,2 min ton az olub.

Energetika Nazirliyindən verilən məlumata görə, respublika üzrə neft hasilatının 13,3 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 mln. ton təşkil edib.

.