Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.
Report bildirir ki, oğru dərhal yaxalanıb.
Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Bir adam küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.
Amma cinayətkar çox uzağa gedə bilməyib. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.
.
