Qarşıdakı üç gündə Türkiyədə ciddi yanğınlar ola bilər.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında deyib.

Nazir bunu hava şəraiti, o cümlədən rütubət və istilərlə əlaqələndirib.

Bu səbəbdən də vətəndaşları qarşıdakı üç gündə və sentyabrın 15-nə qədər diqqətli, ehtiyatlı olmağa çağırıb.

.