Misirin ədliyyə naziri Əhməd Zind Məhəmməd peyğəmbərlə bağlı kəskin reaksiya doğuracaq ifadələr işlədib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir peyğəmbəri də həbs edə biləcəklərini deyib.
"Sada Al-Balad” telekanalında aparıcının jurnalistlərin həbs olunması ilə əlaqədar sualına cavab verən nazir "lazım gəlsə, peyğəmbər əleyhissalamı həbs edərik” söyləyib.
