UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin.

Bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir UNESCO-nun öhdəliyini yerinə yetirmədiyini qeyd edib:

"Təəssüf ki, UNESCO öz mandatına uyğun formada mədəni irslərə sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.

.