Bu gün tələbələrimizin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.
Onun sözlərinə görə, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var:
“İlk növbədə əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var. İkincisi, mühüm sualların cavabları bizim xoşumuza gəlsə də, gəlməsə də ona uyğun addımlar atmalıyıq. Üçüncüsü, özəl və dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını dəfələrlə artırmağa ehtiyac var. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də Nazirlik olaraq hər bir şəraiti yarada bilərik”.
Nazir: 5 il öncə ali təhsil alanlar daha çox iş tapa bilirdilər
Ali təhsil müəssisələrində müxtəlif ixtisaslarda təhsil alan şəxslər müxtəlif əmsallarla iş tapa bilirlər.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, müşahidələr ondan ibarətdir ki, məzun olan şəxslərin işə qəbulu 50 faiz civarındadır:
"Məsələn, mühəndislik sahəsində 3 nəfərdən ikisi iş tapır. Halbuki 5 il öncə mənzərə başqa idi və ali təhsil almış şəxslər daha çox iş tapa bilirdilər".
Nazir qeyd edib ki, əmək bazarının çox ciddi təhlilinə ehtiyac var:
“Tələb və təklifi yaxşı başa düşməliyik. Məsələn, əhalinin artım sürəti ilə yeni iş yerlərinin yaranma dinamikası arasında fərqin nə qədər olması öyrənilməlidir. İndiki hipotez ondan ibarətdir ki, daha çox insan əmək bazarına daxil olur, lakin iş yerlərinin sayı o qədər deyil”.
.