Elm və təhsil naziri Emin Əmrullayev məktəbli olmayan, azyaşlı uşağın qeydiyyatdan kənar məşqə cəlb olunmasında məktəb rəhbərliyinin məsuliyyəti məsələsinə münasibət bildirib.

Nazirin sözlərinə görə, bu və ya digər baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək Elm və Təhsil Nazirliyinin yox, hüquq-mühafizə orqanlarının işidir:

"Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və belə görünür bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundur və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda istifadəyə verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər. Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm".

.