Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış 3 dövlət Agentliyi qurulur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, hər üçü agentliyin sənədləri hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsi bitib:
"Yanvardan yeni strukturda fəaliyyətə başlayacağıq".
Direktorlar sertifikasiyadan yüksək bal toplamış müəllimlər arasından seçilə bilər
Gələcəkdə direktorları əsasən, sertifikasiyadan yüksək bal toplamış müəllimlər arasından seçməyi planlaşdırırıq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, əlavə alan direktorların hazırda dərs saatları ilə birgə maaşları 2000-2500 manat civarındadır: “Bu da bizə daha istedadlı şəxslər arasından direktor seçməyə imkan verir. Direktorların maaşları 58 faizə yaxın artıb”.
Emin Əmrullayev: "273 müəllimin dərs yükü həftədə 6 saatdan azdır"
273 müəllimin dərs yükü həftədə 6 saatdan azdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin müəllimlərin əməkhaqqı serifikasiyadan keçməyiblərsə, 134 manatdır:
"Uzunmüddətli perspektivdə həftəlik dərs yükləri normallaşmalıdır ki, onların da maaşı artsın".
Nazir: Bir neçə məktəbdə istiliklə bağlı ciddi problemlər ola bilir
Bir neçə məktəb var ki, obyektiv səbəblərdən istiliklə bağlı ciddi problemlər ola bilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
"Media nümayəndələri yəqin ki, növbəti həftələrdə ayrı-ayrı məktəblərin soyuq otaqlarını çəkib göstərəcəklər, biz də onlara baxacağıq. Lakin hazırda məktəblərin 95 faizində istiliklə bağlı problem yoxdur".
Nazir qeyd edib ki, 5745 təhsil müəssisəsindən 508-i dizel yanacağı, 445-i elektrik işığı, 2034-ü odunla, 2758 qazla qızdırılır.
Nazir: Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək
"Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək".
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, işğaldan azad olunan digər ərazilərdə də tikintilərə başlanılıb:
"Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar".
.