“Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də siraət edir”.

Bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır: “Bu digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı sahəsinin çox şanlı sahəsi olacaq”.

Nazir: "Azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsili dəstəklənəcək"

“Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsili dəstəklənəcək”.

Bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, dövlət proqramının icrası üçün sənədlər hazırlanır: “Əməkdaşlığımızın çox dərin tarixi var. Azərbaycan müstəqillik əldə etdikdən sonra azərbaycanlı alimlər Türkiyə universitetlərində dərs deyib”.

.