“Ölkədə COVID-19-la bağlı epidemioloji vəziyyət tam nəzarətdədir və hər hansı bir sıçrayış olsa, müvafiq addımlar atılacaq”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyası 2021-ci ilin yanvar ayının 18-dən başlanıb və uğurla həyata keçirilib.
“Məqsəd qrupu 50 yaşından yuxarı olan insanlardı, demək olar ki, əsas ağırlaşmalar onlarda baş tutur. Demək olar ki, onların 90%-i artıq vaksinasiya olunub, hətta buster dozalarını da alıblar. Ümumi əhalini götürəndə, artıq 74% ətrafı rəqəmdir ki, bu da çox müsbət bir rəqəmdir. Bu, bizdə kollektiv immunitetin formalaşmasından danışmağa imkan verir. Təbii ki, koronavirus virusu hər dəfə yeni sürprizlər meydana gətirir, ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, payız üçün lazımi tədbirləri görür və ikinci səviyyəli adlanan hazırlıq səviyyəsinə özümüzü çatdırmalıyıq. Bu istiqamətdə bütün lazımi addımlar görülür və payız aylarını sıçrayışsız keçsək, ümidvaram ki, biz pandemiyanın sonu barədə nəsə danışa bilərik”, - nazir qeyd edib.
.