“Həqiqət budur ki, qurumlar öz nüfuzunu qorumursa, kimsə qoruya bilməz".

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, külli miqdarda saxta diplom verən ali məktəblərimiz var:

“Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”.

Nazir: Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, ya yox

“Azərbaycan məktəblərində işləyən müəllimlərdən ən yaşlısı 40 il əvvəl, ən gənci keçən il ali məktəbi bitirib. 1990-cı illərin əvvəllərindəki diplomlara baxsanız, fərqi görərsiniz”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, indi texniki olaraq kiməsə saxta diplom vermək mümkün deyil: “Amma 1990-cı illərdə bu, mümkün idi. 1990-cı illərin orta ixtisas diplomu kağızdır. Biz o adamı çağırıb soruşuruq ki, bu diplomu sizə kim verib, necə verib. Çünki o vaxt diplomlar FİN-ə bağlı deyildi. Möhürlü diplomlar var ki, biz onlarln necə alındığını bilmirik. Bizim əlimizdə çoxlu başqa ölkələrdən olan külli miqdarda belə diplomlar var. Bizim 1998-ci ildə bir qanun vardı, 2002-ci ildə bir qanun. Bu nöqteyi-nəzərdən diplomun diplom almasını sübut etmək üçün bizim əlimizdə kifayət qədər sübut yoxdur. Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, ya yox”.

Nazir: Sertifikasiya könüllü olsa, diplomu saxta olan müəllimlər imtahana gəlməyəcəkdi

“Sertifikasiya liberal ola bilməz. Bu olarsa, biz bəzi problemlərlə üzləşə bilərdik”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, könüllü olsa, özünə güvənən müəllimlər sertifikasiya olunacaq və maaşı artacaqdı:

“Amma diplomu saxta olan, özünə güvənməyən müəllimlər imtahana gəlməyəcəkdi. Biz onları müəyyənləşdirə bilməyəcəkdik. Biz indiyə kimi bir neçə direktoru, bağça müdirini işdən azad edə bilmişik. Amma məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur.

Bizdə adam haqqında məhkəmə qərarı var ki, müəllim işləyə bilməz, işdən çıxıb. Amma adam qəbuluma gəlir ki, məni bərpa elə. Biz ona görə sertifikasiyanı tətbiq etməliyik. Biz sosial tərəfi də nəzərə alırıq, amma bunu etməliyik. Adam imtahandan kəsiləndə olur ədalətsizlik, adamı işdən çıxarırsan, olursan ədalətsiz”.

.