“Akkuyu” Atom Elektrik Stansiyası “Türkiyə yüz illiyi”nin yeni nəsil enerjisi olacaq.

Bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktoruna nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bundan sonra AES texnologiyaları sahəsində də irəli addım atacaq. Nazir, həmçinin bununla bağlı 317 türkiyəli tələbənin Rusiya universitetlərində təhsil aldığını bildirib.

.