
Azərbaycan Rusiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında mövcud sazişin dəyişdirilməsində maraqlı olduğunu bildirib.
Rusiya KİV-i xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirinin müavini Aleksey Sazanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən sessiyada çıxışı zamanı qeyd edib.
O bildirib ki, Rusiya Maliyyə Nazirliyi yaxın vaxtlarda hər hansı vergi sazişlərini dəyişdirməyi planlaşdırmır. A.Sazanovun sözlərinə görə, ancaq bu barədə müraciətlər biznes və ya digər ölkələrdən daxil olmalıdır.
"Hazırda Azərbaycan tərəfindən bu cür maraq göstərilir. Həmkarlarımızla ünsiyyətdə olacağıq. Əgər qarşılıqlı faydalı şərt tapsaq irəliləyəcəyik", - nazir müavini bildirib.
Xatırladaq ki, Azərbaycan və Rusiya arasında saziş 1997-ci ildə imzalanıb.
.