"Yeraltı və yerüstü sərvətlər baxımından işğaldan azad olunmuş ərazilər qiymətlidir".
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, işğal altında olan 54 328 hektar meşə ərazisi məhv edilib:
"30 ildə ekologiyamız daha çox ziyan çəkib. İlkin görüntüləri Azərkosmosdan müəyyən etmişik. Füzuli, Ağdam, Qubadlı, Zəngilanda şərq çinarınin əkilməsi daha çox üstünlük vermisik.
Qubadlı və Zəngilanda tut tingləri əkilib. Bu baramaçılğın inkişafına fayda verəcək".
ETSN: Dəmirli yatağı Azərbaycan ərazisidir
"Mis porfir yatağı olan Dəmirli yatağı Azərbaycan ərazisidir".
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
O bildirib ki, yataqların istismarı məsələsi müzakirə mövzusudur və yaxın gələcəkdə müəyyənləşəcək.
ETSN: İşğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb
"İşğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb".
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, dəymiş ziyanın qiymətləndirilməsinə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur: "Hazırda 3 yasaqlıqda dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər gedir".
ETSN: İşğalda olan ərazilərlə bağlı beynəlxalq təşkilatlara yüzlərlə müraciət olub, bir təşkilat tərəfindən belə qınaq olmayıb
"İşğal olunmuş ərazilərdə dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı nəticələr aidiyyəti dövlət qurumlarına təqdim edilir".
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, torpaqlarımız işğal altında olduğu illərdə ətraf mühitlə bağlı beynəlxalq təşkilatlara yüzlərlə müraciət olub. "Müraciətlərə baxmayaraq, bir təşkilat tərəfindən belə qınaq olmayıb. Biz həmin əraziləri bərpa edəcəyik".
IDEA: İşğaldan azad olunan ərazilərdə ETSN tərəfindən aparılan işlərdə gənclərin yaxından iştirakı nəzərdə tutulur
“İşğaldan azad olunan ərazilərimizdə ilk olaraq təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək”.
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov deyib. O bildirib ki, bu ərazilərdə ETSN tərəfindən geoloji müxtəliflik, su ehtiyatları, meşələrin qorunması, coğrafiya və xəritəçəkmə sahələrində aparılan işlərdə gənclərin yaxından iştirakı nəzərdə tutulur. Bu layihənin məqsədi həmin ərazilərdə ekoloji zərərin dəqiq qiymətləndirilməsi, gənc ekoloqların təcrübəsinin artırılması, ekoloji terrora məruz qalan ərazilərin statistik məlumatların dünyaya çatdırılması və s.-dir: “Ümid edirik ki, ekoloji ziyan qiymətləndiriləndən sonra bu ərazilərin bərpası həyata keçiriləcək. Azərbaycan gəncləri də bu məsələdə mühüm töhfəsini verəcək. Dünənki səfərimiz bu prosesin başlanğıc nöqtəsidir”.
ETSN: İşğaldan azad edilmiş ərazilərdə 4 yataq ermənilər tərəfindən istismar olunub
"Ermənilər yeraltı xammal ehtiyatına da ziyan vurub. Oradakı ehtiyatlar böyük həcmdə istismara, talana məruz qalıb".
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, ərazidəki 4 yataq ciddi şəkildə istismar olunub və ətraf ərazilərə ekoloji ziyan vurulub: "Bu işdə ermənilərə xarici şirkət və investorlar yaxından kömək edib”.
Ə. Əliyev bildirib ki, hazırda hər bir yatağın monitorinqi və diaqnostikası keçirilir və vurulan ziyanin hesablanması ilə bağlı ilkin işlərə başlanılıb. Onun sözlərinə görə, dəymiş ziyan bir sıra yerli və xarici şirkətlərin iştirakı ilə hesablanacaq:
"Həmin ərazilərə baş çəkmişik. Proseslər davam edir. Ehtiyatların qalığı müəyyənləşdirilir. Yeni perspektivlər planlaşdırılacaq və bərpa işləri həyata keçiriləcək".
ETSN: Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır
"İşğaldan azad olunan ərazilərdə monitorinqlər üçün ən müasir cihazlardan ibarət səyyar laboratoriya əldə olunub”.
Bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır.
Növbəti mərhələdə digər ərazilərlə bağlı da topoqrafik xəritələr yaradılacaq.
.
