Beynəlxalq analitiklərin hesablamalarına görə qlobal səviyyədə 2024-cü ildə kiberhücumların iqtisadi zərəri 8 trilyon ABŞ dollarını ötüb, 2025-ci il üçün isə bu xərclərin 10 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

O bildirib ki, Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyat keçidi təmin edən lokal və qlobal informasiya sistemləri arasında inteqrasiyaların mövcudluğunu nəzarə alsaq rəqəmsal təhlükəsizlik üzrə həllərin, kadr potensialının formalaşdırılması iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir:

"Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10% artım ÜDM-də 1–1.5% artım deməkdir. Kibertəhlükəsizliyə artan xərclər kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa sərmayə kimi baxılmalıdır".

.