Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“Maska rejimi ləğv olunub, indi isə tək-tük məhdudiyyətlər var ki, ÜST-nin tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq”, - nazir qeyd edib.

Regionlarda həkim çatışmazlığı ilə bağlı Dövlət Proqramı hazırlanır

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regionlarda tibb işçilərinin çatışmazlığı məsələsini aradan qaldırmaq üçün xüsusi Dövlət Proqramı hazırlayır.

Bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində xüsusi mexanizmlər işlənib təklif olunacaq.

“Bununla da nəinki gənc, eləcə də peşəkar və təcrübəli tibb işçiləri regionlara gedib xidmət göstərəcək”, - nazir qeyd edib.

Nazir: “Həkimlərin maaşlarının artımı nəzərdə tutulacaq”

Həkimlərin maaşlarının artımı nəzərdə tutulacaq.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bununla bağlı xüsusi mexanizmlərin hazırlanacağı istisna deyil.

.