“Xarici İşlər Nazirliyindən bizə təkliflər daxil olub ki, diplomatlarımız xaricdə çalışanda onların həyat yoldaşlarına, söhbət əsasən qadınlardan gedir, onlara da maaş verilsin”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu kimi məsələlər hökumətin gündəliyindədir: “Eyni zamanda atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı məsələ də diqqətdədir”.

.