Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülh və əmin-amanlığa xidmət edir.

Bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, nəhəng regional layihələr nəticəsində Azərbaycanla Türkiyə enerji və logistika mərkəzlərinə çevrilib.

XİN rəhbəri qeyd edib ki, Türkiyənin lider dövlətə çevrilməsi Azərbaycanda hər kəsi məmnun və xoşbəxt edir.

XİN: Azərbaycan-Türkiyə müttəfiqliyi yüksələn xətlə inkişaf edəcək

“Azərbaycan Respublikası hər zaman qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin tam dəstəkləməsini, xüsusi olaraq, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra tam siyasi və mənəvi dəstəyini çox yüksək qiymətləndirir”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə ucalıb.

XİN başçısı vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

.