“Azərbaycanda təhsil sahəsində özəl sektorun payı 1 faizdən də azdır”.
Bunu Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin rəsmi açılışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, təhsil ölkələr arasında əməkdaşlığı gücləndirir: “Son iki ildə hər il Türkiyədən olan şagirdləri Azərbaycana dəvət edirik, onların Şuşaya səfərini təşkil edirik. Azərbaycanda özəl təhsil yeni anlayışdır. Bizim üçün təhsildə özəl sektorun rolunun artması vacibdir”.
İki ölkə arasında əməkdaşlıqdan danışan nazir əlavə edib ki, artıq Türkiyədə təhsil alan azərbaycanlıların sayı 28 mindən çoxdur.
.