“Artıq qaçılmaz reallıq ondan ibarətdir ki, bu gün bizim əsas sərmayələrimiz azad olunmuş ərazilərin bərpasına yönəlib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır: “Bu qanun layihəsindən gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı kifayət qədər azaldacaq. Bu gün beynəlxalq aləmdə kifayət qədər çalxalanmalar olur, 2020-ci ildə pandemiya olub. 2022-ci ilin oktyabr ayının sonuna həm Dövlət Gömrük Komitəsinin, həm də Dövlət Vergi Xidmətinin xətti ilə mədaxil proqnozunu artırmışıq. Bu mənada biz uzunmüddətli baxışa üstünlük verdikdə, dövlət maliyyələşməsinin asılılığından ictimai əhəmiyyət daşıyan layihələrin sürətini azaldır”.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının ilkin maliyyə qiymətləndirilməsi də həyata keçirilib.

Mikayıl Cabbarov: “İnfrastruktur obyektlərinin idarə edilməsini səmərəli həyata keçirə bilmirik”

“Biz bir çox infrastruktur obyektlərini tikirik. Lakin onların idarə edilməsini səmərəli həyata keçirə bilmirik”.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın”, - nazir vurğulayıb.

Nazir: "Özəl sərmayələrdən istifadə etməyəcəyiksə, bu, inkişafımızı məhdudlaşdıracaq"

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin qəbul edilməsi üçün zərurət çox sadədir. İnkişaf getdikcə, biz ilkin infrastrukturu ödədikdən sonra iqtisadiyyat mürəkkəbləşir”.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, böyük kapital tutumlu layihələrə ehtiyac yaranır: “Həyat şəraiti yaxşılaşdıqca həm əhali, həm də sahibkarlıq subyektləri tərəfindən gözləntilər də artır. Əgər biz özəl sərmayələrdən, eyni zamanda, xarici bazarlardan cəlb etdiyimiz sərmayələrdən istifadə etməyəcəyiksə, bu, bizim inkişafımızı məhdudlaşdıracaq. Biz bir çox infrastruktur obyektlərini tikirik. Ancaq onların idarəetməsində heç də hər zaman səmərəli idarəetməni görmürük. Prezident İlham Əliyev tərəfindən yaradılmış İnvestisiya Holdinqi bizim qarşımızda tam mənzərəni qoyur. İri dövlət şirkətlərində böyük həcmdə səmərəlilik potensialı var. Bu təkcə dövlət şirkətlərinə aid deyil. Bu da müəyyən mənada anlaşılandır. Heç də bütün hallarda dövlət yaxşı sahibkar deyil. Özəl investordan fərqli olaraq, iqtisadi səmərəliliyə yönəlmir. Özəl sərmayəçi hər zaman daha keyfiyyətli işi təmin etməklə daha səmərəli işlər ortaya qoymaqda maraqlı olur. Dövlət başqa sahələrə yönəlməlidir. Qanunvericiliyin tənzimləməsi və s. Amma iqtisadi risklərin aradan qaldırılması nəticəsində əldə edilən gəlirlərin özəl sərmayəçi tərəfindən idarə edilməsi daha səmərəli iş ortaya çıxarır. Bu bazar iqtisadiyyatının da tələbidir”.


 

.