Səhiyyə naziri Teymur Musayev ölkənin sərhəd-keçid məntəqələrində meymunçiçəyi ilə bağlı hər hansı tədbirlərin görülüb-görülməməsi məsələsinə münasibət bildirib.
Nazir deyib ki, Azərbaycan daima Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən epidemioloji nəzarəti qurur.
"Biz buna riayət edirik və bu baxımdan heç bir sərhəd-keçid məntəqəsində hər-hansı bir spesifik, meymunçiçəyi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulmur", - Teymur Musayev əlavə edib.
Teymur Musayev: “TURKOVAC vaksinini vurduranlar var”
“TURKOVAC vaksini ilə bağlı Azərbaycanda keçirilən sınaq mərhələsi üzrə əldə olunan ilkin nəticələr müsbətdir”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, vaksin hazırda Azərbaycanda üçüncü faza klinik sınaqlardan keçirilir:
"Bəli, vaksini vurduranlar var. Əldə etdiyimiz ilkin nəticələrə görə deyə bilərəm ki, nəticə müsbətdir. Təbii ki, tam geniş elmi açıqlamanı biz tələb olunan sayı əldə etdikdən sonra və Türkiyə tərəfindən aparılan laborator müayinələr nəticəsində tam bəyan edəcəyik", - deyə nazir qeyd edib.
.