“Bu layihə dövlətə lazımdır. Bizə lazım olan layihələri biz müəyyənləşdiririk”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin mümkün qədər tez ərsəyə gəlməsi üçün çalışır, hətta o olmadığı halda mövcud qanunlarda bunu nəzərə almağa çalışır: “Dövlət-özəl tərəfdaşlıq formatının yaradılması rəqabətin yaradılmasıdır. Bu qanun o sahələrdə yaradılır ki, həmin sahələrdə rəqabət yoxdur. Biz olmayan yerlərə rəqabəti gətiririk”.

.