“Ölkədə təhsil sistemi böyük sayı əhatə edir. Təxminən 1-3 yaşdan 24-25 yaşa qədər təhsil alınır”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, eyni zamanda müəllimlər arasında yaşı çox olan şəxslərin də səhhəti qorunmalıdır.

“Ona görə də növbəti həftədən distant təhsil ən optimal qərar kimi görünür. Qaydalara əməl etməklə pandemiyanın qarşısını almağa çalışmaq lazımdır. Maskalardan istifadə, gigiyena qaydalarına əməl edilməsi və məsafə saxlamaq bizə bu vəziyyətdən çıxmağa kömək edə bilər. 7-8 aydır pandemiya ilə üz-üzəyik, həm Operativ Qərargah, həm təhsil, həm səhiyyə sistemi situasiyanı yaxşı başa düşür. Bu situasiyadan çıxmaq üçün hər bir vətəndaş çalışmalıdır. İş yerləri, ictimai yerlər, ictimai nəqliyyat, ailədaxili yoluxma daha çox olur, 30 faiz işçi məhdudiyyəti də yoluxma sayının azalmasına səbəb ola bilər. Hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik. Bu gün davranışımızı dəyişsə, 2 həftə sonra nəticə görərik. Şagirdlərin, müəllimlərin sağlamlığı, ümumiyyətlə cəmiyyətin sağlamlığı prioritetdir. Bu da yalnız birlikdə mümkündür. Virus görünmür, hər bir evdə hamıya yoluxa bilir. Hamı başqalarını yoluxdura bilir. Bu baxımdan hazırda təhsilin və cəmiyyətin üz-üzə qaldığı və böyük məsələlərin həll olunduğu dövrdə hər kəsin ən vacib töhfəsi qaydalara əmək etməkdir”, – deyə nazir əlavə edib.

Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"

“Distant və əyani olsa da qiymətləndirmə yəqin ki, vahid formada olacaq. Mərhələlərlə vəziyyət imkan verdikcə yəqin ki, daha tez əyani təhsilə qayıdacağıq. Yəqin ki, əvvəl ibtidai, sonra böyük siniflər əyani təhsilə qayıdacaq”. 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Şagird yerdəyişməsindəki fasilə növbəti həftə aradan qaldırılacaq

“Şagird yerdəyişməsindəki fasilə növbəti həftədən aradan qaldırılacaq”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik var idi: “Mənə elə gəlir ki, növbəti həftələrdən sistem işə salına biləcək”.

O bildirib ki, builki tədris ilinin uzaldılması nəzərdə tutulmur. Tətillər isə bu və ya digər formada kompensasiya ediləcək. 

Emin Əmrullayev: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək”

“Hazırda məqsəd distant təhsilə keçid deyil, bu, sadəcə indiki dövrdə ən optimal variantdır”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, uzun müddətli tətil elan etməkdənsə, distant təhsil, teledərslər daha uyğundur: “Üzləşdiyimiz vəziyyətdə iki məqam var, çətin olsa da, buna öyrəşməliyik. Distant təhsil coğrafiyası dəfələrlə çoxalıb, tam istədiyimiz yerdə olmasaq da, irəliyə doğru addım atırıq. Heç bir təhsilin olmamağındansa distant təhsil ən yaxşıdır, bununla müəllimlərdə də müəyyən bacarıqlar yaranır”.

Nazir bildirib ki, özəl təhsil müəssisələri, məktəb və liseylər təhsil haqqının ödənişi ilə bağlı özü qərar verir: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək. Prosesin ortasında bunu qiymətləndirmək çətindir. Növbəti həftələrdə yəqin yoluxma daha çox arta bilər. Bu proses bitdikdən sonra, hətta bu ilin sonuna qədər də çəkə bilər”.

E.Əmrullayev bildirib ki, pandemiyanın nəticəsinin aradan qaldırılması daha uzunmüddətli olacaq: “Təhsil sahəsində də postpandemiya dövrü üçün müəyyən fəaliyyət olmalıdır”.

Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”

“Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir”.

Bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, buna görə o sahədə hər hansı qadağa nəzərdə tutulmur.

Nazir: “Uşaq bağçalarında da təhsil fasiləsi davam edir”

“Uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrindən danışırıqsa, burada qayğı və təhsil nəzərdə tutulur. Qayğının onlayn qaydada olması qeyri-mümkündür”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, ümumilikdə uşaq bağçalarında olan təhsil fasiləsi davam edir və fəaliyyəti bərpa edilmir: “Bunun onlayn qaydada olması heç bir məna kəsb etmir. Amma hansısa özəl təhsil müəssisələri, hansısa müəllimlər uşaqlara onlayn qaydada hansısa tapşırıq ötürərsə, burada qanunsuz heç nə yoxdur. Tətildə də hansısa müəllim hansısa şagirdə nəsə öyrətmək istəyirsə, bunu Təhsil Nazirliyi tənzimləmir. Amma ümumilikdə bağçalarda fasilə davam edir və bu məsələ ən azı 2 həftədən tez olmayacaq”.

Emin Əmrullayev: "Əyani təhsil bərpa olunanda ilk olaraq 1-2-ci siniflər məktəbə qayıdacaq"

“Birinci siniflərlə bağlı vəziyyəti bilirəm, mənim qızım da 1-ci sinfə gedir. Təbii ki, 1-ci və 2-ci siniflərin daha çox təsirə məruz qalacağını düşünürük”. 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, bu siniflərin noyabrın 2-dən əyani təhsilə qayıtması mümkün deyil: “Amma əyani təhsil bərpa olunanda ilk olaraq bu siniflər üçün olacaq”. 

Nazir: “Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil”

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil. Bəzən deyirlər hamıya planşet paylansa, vəziyyət düzələr”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, bu, həm də zaman baxımından çətindir: “Növbəti ildən yenə bir neçə məktəbə fiber-optik internet çəkmək fikrimiz, bacardıqca bu istiqamətdə irəliyə getmək məqsədimiz var”. 

.