“Biz sona kimi erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması istiqamətində mübarizəmizi aparacağıq”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

XİN rəhbəri deyib ki, Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır və bu, Azərbaycan üçün qırmızı xətdir: “Biz bu istiqamətdə işlərimizi sona qədər aparacağıq”.

Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir”

“Ötən həftədən başlayaraq Ermənistan ərazisindən Daşkəsən, Şəmkir əraziləri atəşə tutulmağa başladı”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

C. Bayramovun sözlərinə görə, məqsəd odur ki, Azərbaycan cavab tədbirləri həyata keçirsin və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsin, üçüncü tərəfləri bu konfliktə cəlb etsin: “Ötən həftənin şənbə günündən başlayaraq isə Ermənistan Azərbaycanın 100-200 km uzaqlıqdakı böyük şəhərlərini - Gəncəni, Mingəçeviri hədəfə aldı. Hərbi əməliyyatların aparılması özü-özlüyündə xoşagəlməz ssenaridir. Lakin hərbi əməliyyatlarının aparılmasın özünün də bəlli qaydaları var. Ermənistan üçün isə heç bir qırmızı xətt yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və tarixi həqiqətə söykənir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində yaşayan dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Azərbaycan sülhsevər dövlətdir”.

Nazir: “2018-ci ildən etibarən Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə olduqca ağır zərbələr vurub”

“1994-cü ildə atəşkəs razılaşması əldə olunduqdan 2018-ci ilə kimi biz danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdiksə, 2018-ci ildən sonra danışıqlar prosesində fərqli gündəm yarandı”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

C. Bayramov bildirib ki, 2018-ci ildən etibarən Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə olduqca ağır zərbələr vurub: “2020-ci ilin iyul ayından başlayaraq Ermənistanın Azərbaycan vətəndaşlarına hərbi təcavüzlərinin şahidi oluruq. Bundan əvvəl Ermənistanın törətdiyi bir çox təxribatlar zamanı qardaş Türkiyənin bütün səviyyələrdə tam və hərtərəfli dəstəyini gördük və hiss etdik. Azərbaycan dövləti adından Türkiyəyə minnətdarlığımı bildirmək istərdim”.

.