"Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, özəl və dövlət olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir: “Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa, qaytarılsın”.

Emin Əmrullayev: “Ümidvarıq ki, bağçalar fevralın 15-ə qədər açılacaq”

“Ümidvarıq ki, bağçalar fevralın 15-ə qədər açılacaq”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bunu istəyirlər, amma yenə də bu, istək məsələsi deyil: “Bağçaların birinci mərhələdə açılamamasının səbəbi odur ki, bu barədə qərar verəndə yoluxma sayı hələ yuxarı idi. Saylarla bağlı azalmalar var. Yəqin növbəti iş həftəsində  müəyyən qərarlar verilə bilər”.

Nazir: “Şənbə günləri ictimai nəqliyyatın işləməməsinin tədrisə təsirini araşdırmışıq”

“Şənbə günləri ictimai nəqliyyatın işləməməsi və məktəblərdə tədrisin olması ilə də bağlı araşdırma aparmışıq”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, dərsləri 5 günə yerləşdirməyə çalışırlar: “Mümkün qədər 6-cı günlərin dərs olmamasına çalışırıq. Məktəblilərlə bağlı o qədər böyük problemimiz olmur, çünki onların əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Müxtəlif məktəblərdə bu rəqəm 80 faiz civarında dəyişir, bəzisində daha çoxdur. Müəllimlərlə bağlı məsələ ciddi kimi gəlir. Xahişim odur ki, məktəb direktorları ilə müəllimlər bu məsələni tənzimləsinlər. Hansı müəllimlər ki, ictimai nəqliyyatdan istifadə etmir, məktəbə yaxın ərazidə yaşayır  nəzərə alınsın. Şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı həddən artıq azdır”.

.