“Bu gün həyata keçirdiyimiz danışıqlar zamanı nümayəndə heyətləri humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadılar”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlətlərarası əlaqələrin gücləndirilməsində humanitar əlaqələrin artırılması xüsusi önəm kəsb edir.

“Yaxın zamanlarda biz bu tam həcmli əməkdaşlığın bəhrəsini və nəticəsini görəcəyik. Biz təhsil sahəsində olan əməkdaşlıq əlaqələrindən də danışdıq. Bildiyiniz kimi, Gürcüstanda Azərbaycan dilli məktəblər fəaliyyət göstərir və mütəmadi olaraq Azərbaycan tərəfindən dərsliklərin mübadiləsi həyata keçirilir. Tələbə mübadiləsi ilbəil artırılır. Bir məsələni də qeyd edim ki, Azərbaycan və Gürcüstan arasında intensiv səyahətlər həyata keçirilir. 2019-cu ildə Azərbaycandan Gürcüstana 1,5 milyon ziyarətçi gəlib və Azərbaycan ən ox turist göndərən ölkə idi”, - C. Bayramov qeyd edib.  

Azərbaycan XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”

“Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisi başa çatdırılıb, müzakirələr davam etdirilir”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ekspertlərin sərbəst hərəkəti üçün münbit şərait olmalıdır.

.