“Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik”.
Bunu Şuşada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Artıq bir neçə müddətdir ki, Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər Bakıda keçirilməkdədir. Bu gün isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində çox önəmli bir konfransın keçirilməsi xüsusi rəmzi məna daşıyır. Azərbaycan BMT tərəfindən elən edilmiş "Dayanıqlı İnkişaf Məqsədləri 2030"-a böyük önəm verir. Və "Dayanıqlı İnkişaf Məqsədləri" tamamilə müxtəlif sahələrdə bütün dünya üzrə prioritetləri müəyyən edir. Azərbaycan dövləti həmin o istiqamətdə inkişaf etmək, dünyanın aparıcı dövlətlərinin standartlarına dair hədəfləri müəyyən etmək üçün böyük və sistemli işlər həyata keçirir”, - nazir vurğulayıb.
XİN başçısı qeyd edib ki, müxtəlif panellərdən ibarət olan bu konfrans çox önəmli mövzuların müzakirəsi üçün platforma olacaq: “Burada aparılan müzakirələrdən çıxarılan nəticələr Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif agentlikləri ilə münasibətlərin daha da irəli aparılması üçün faydalı olacaq”.
XİN başçısı: “Pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə humanitar dəstək verib”
Pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan 80-dən çox ölkəyə humanitar dəstək verib. Ölkəmiz 5 ölkəyə 2 milyon dollar dəyərində peyvənd verib.
Bunu Şuşada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN başçısı 2021-ci ildə Azərbaycanın dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərdiyini də xatırladıb.
.
