“Ukraynada həlak olan soydaşlarımız da var”.
Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
Ceyhun Bayramov həlak olanların yaxınlarına başsağlığı verib.
“Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardımı Polşa üzərindən Ukraynaya çatdırıb”, - nazir vurğulayıb.
Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Təxminən 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu dövlətlərə təxliyə edilib.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
.
