Azərbaycanla Gürcüstan arasında dostluq, mehriban qonşuluq xarakteri daşıyan və əsrlərə dayanan tarixi olan münasibətlərdir.
Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanlı və Gürcüstanlı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, iki ölkə müstəqilliklərini bərpa etdikdən bu günə kimi birgə şərəfli yol qət edib.
“Bu gün Cənubi Qafqaz regionu və daha geniş coğrafiyamızı çoxsaylı çətinliklərlə üzləşib. Amma bunu demək istəyirəm ki, biz öz bölgəmizdə də müharibələr və çətinliklərdən keçmişik. Azərbaycan və Gürcüstan hər zaman bu çətinliklərin öhdəsindən şərəflə gəlib. Bütün çətin zamanlarda bir-birimizə dayaq və dəstək olmuşuq. Düşünürəm ki, bunu Gürcüstan və Azərbaycanda da çox yaxşı xatırlayırlar”,- deyə o bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Gürcüstan yarana bilən bütün çətinliklərin qarşısını birgə olaraq ala bilər.
“Azərbaycan və Gürcüstanın sərgilədiyi əməkdaşlıq səviyyəsi, həmçinin, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatı bir çox ölkələr üçün nümunəvidir. Məs bu əməkdaşlıq bizə əhəmiyyəti regionumuzun hüdudlarını aşan layihələri həyata keçirməyə icazə verib. Bu həmdə energetika sahəsindəki layihələrdi. Mənə elə gəlir ki, biz bir mənada Avrasiyanın enerji xəritəsini dəyişə bildik. Bundan başqa, nəqliyyat və digər sahələrdə olan çoxsaylı layihələrdir. İnsanlarımız arasında da isti, möhkəm və dostluq əlaqələri var”, - nazir Bayramov vurğulayıb.
.
