“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Ermənistan isə bu prinsiplərin onlar üçün uyğun olmadığını bildirmişdi”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 təklifi barədə xəbərlər yayılmışdı:

“Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Həmin sənəd təqdim olunan zaman da Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar”.

XİN rəhbəri deyib ki, növbəti bənd ondan ibarətdir ki, həmin sənədin bəndlərindən biri indiyə kimi üçtərəfli üç – 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları sadalanır və onların icrasının vacibliyi qeyd olunur:

Bu da yenə sual doğurmayan məqam deyil. Sənədlər mövcuddur və təbii ki, onlar icra olunmalıdır. Digər bənd odur ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu həmin o məqamda baş verir ki, Ukrayna hadisələri fonunda Mink qrupu həmsədləri arasında heç bir əlaqə yoxdur və demək olar ki, bu qrup iflic vəziyyətdədir. Mən sizə həmin 6 bəndin 4-nü sadaladım. İndi siz özünüz də bu qənaətə gələ bilərsiniz ki, bunları nə qədər təklif adlandırmaq olar? Ermənistan tərəfi özü də sənəd qəbul olunarkən onu heç bir təklif forması adlandırmırdı. Onu Azərbaycan təkliflərinə reaksiya adılandırırdı. Artıq indi bəzi fərqli məqamlar var. Azərbaycanın mövqeyini bilirsiniz. Məhz onun təməlini təşkil edən prinsiplər bəyan edilib. Azərbaycan həmin təməl prinsiplər üzərindən danışıqları davam etdirmək və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirir.

Nazir deyib ki, həmin bəndlərdən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral baza təkliflərini nə üçün Ermənistana martın əvvəli təqdim edib:

“Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təkliflər vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır. Azərbaycan 21 fevral qeyd edibsə, məhz o tarixdə təqdim edib. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da hardasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır”.

Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavininin rəhbərlik etməsini təklif edib

6 aprel tarixində Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri də o idi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılacaq.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, aprel ayının sonunadək ilk iclasın keçirilməsi planlaşdırılırdı.

“Onu qeyd edə bilərəm ki, görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesində digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərin fərqlərini nəzərə alaraq, təklifimiz o idi ki, komissiya fərqli formatda təşkil edilməlidir. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”, - nazir vurğulayıb.

.