Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində BƏƏ-nin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

“Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində BƏƏ-nin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə yaşıl enerji əməkdaşlığımızın inkişafını və qlobal enerji bazarlarındakı vəziyyəti müzakirə etdik. BƏƏ ölkəmizin "yaşıl" prioritetlərinin icrasında mühüm tərəfdaşıdır”, - paylaşımda bildirilir.

.