Pandemiyaya baxmayaraq, Avropa İttifaqı (Aİ) hələ də Azərbaycanın əsas investoru olaraq qalır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Enerji təhlükəsizliyi enerjin infrastrukturunun modernləşdirilməsi, enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə ilə yaxından əlaqəlidir. İqlim hədəflərinə nail olunması, ölkənin alternativ enerji resurslarından səmərəli istifadə, həmçinin enerji keçidinin təmin edilməsi məqsədilə Azərbaycan 2030-cu ilədək alternativ enerji istifadəsinin payını cari 17 faizdən 30 faizədək artırmağı hədəfləyir. Bunlar Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gündəliyində nisbətən yeni və perspektivli məsələlərdir və Aİ və Azərbaycan arasında “yaşıl dialoq”un əsasını qoyur”, - nazir vurğulayıb.

.