"Azərbaycan qazını Türkiyə və Yunanıstan üzərindən İtaliyaya nəql olunmasını nəzərdə tutan Trans-Adriatik Boru Xətti (TAP) kəməri Yunanıstanla İtaliya arasında əlaqələri möhkəmləndirəcək.
Yenizaman.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni Afinada yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüşü zamanı bildirib.
İtaliyalı nazirin sözlərinə görə, yaxın həftələr ərzində TAP-ın tikintisinə başlanacaq.
.
