"TANAP Avropanın enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edən tarixi layihədir".
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak "Anadolu" agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, layihənin tikintisi ilə bağlı işlər olduqca sürətli gedir: "Bu gedişlə layihəni vaxtından əvvəl reallaşdırmağa nail olacağıq. TANAP Azərbaycan-Türkiyə ortaq layihəsidir. Türkiyə bu layihə üçün çox böyük həcmdə işlər görüb, təşəbbüslər irəli sürüb. Layihənin reallaşdırılmasına peşəkarlar cəlb olunub. Layihənin 80%-i tamamlanıb. Şübhəsiz, 2018-ci ilin ilk rübündə TANAP-ın Türkiyə ərazisində işləri tamamlanacaq, 2020-ci ildə isə TAP layihəsi təhvil veriləcək. Beləliklə, Azərbaycan qazının Avropaya çatdırılmasının şahidi olacağıq".
.
