2017-ci ilin sentyabr ayının sonuna TANAP layihəsi çərçivəsində işlərin 94%-i tamamlanıb.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

"Hazırda layihənin Çanaqqala boğazında olan hissəsində inşaat işləri davam etdirilir", - deyə nazir vurğualyıb.
O, bildirib ki, TANAP Türkiyənin təbii qaza artan tələbatını ödəməyə yardım edəcək.
.