Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalq Assambleyasının sədri vəzifəsindən ayrıldığını və bu səlahiyyətləri hazırkı dövlət başçısı Kassım-Jomart Tokayevə verdiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə o, assambleyanın sessiyasında elan edib.

“Yoluma davam etmək istəyirəm, bu mənim üçün ciddi və emosional addımdır, çünki 1995-ci ildə Qazaxıstan Xalq Assambleyası yaranandan bəri ona rəhbərlik etmişəm”, - deyə Nazarbayev bildirib.

O, göstərdikləri dəstəyə görə assambleya üzvlərinə təşəkkürünü bildirib.

“Qərara gəldim ki, Qazaxıstan Xalq Assambleyasına rəhbərlik hüququmu Prezident Kasım-Jomart Tokayevə təhvil verim”, - deyə sabiq prezident əlavə edib.
 

.