Bu ilin payızında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Nazarbayev payızda Polşa və Serbiyaya səfərləri planlaşdırılır.
N.Nazarbayev sentyabrda Çində keçiriləcək"G20 ” sammitinə də dəvətlidir:
"Bu ilin payızında Qazaxıstan prezidenti Azərbaycan, Yaponiya, Cənubi Koreya, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya da səfər edəcək”.
