Naxçıvanda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, hərbi yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynova hadisə yerindəcə keçiniblər.
Minik avtomobilində olan digər iki nəfər - Elmar Fətəliyev və Xəyalə Hüseynova, həmçinin yük maşınında olan müddətdən artıq xidmət edən hərbi qulluqçular - Elşən Şirinov və Urfan Həsənov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.