Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı reanimasiyaya yerləşdirilib. Yaralı şəxs Əliyev Alı Həsən oğludur.

Qeyd edilib ki, ölənlər məktəbin inşaatında çalışanlardır.

.