
"Naxçıvanda yerləşən xəstəxanalarda 400-ə yaxın həkim vakant yeri var".
Bunu Naxçıvan Muxtar Respublikasına təşkil edilən media turu çərçivəsində jurnalistlərə görüşdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov deyib.
O bildirib ki, bu, zamanla öz həllini tapacaq və bunun üçün işlər davam etdirilir:
"Məqsədimiz bu məsələləri həll etməkdir. Bunun üçün məqsədyönlü tədbirlər həyata keçiririk, bir çox layihələrimiz var. Bunlardan biri Naxçıvan şəhəri Babək məhəlləsində 30 min insana xidmət edəcək mərkəzin istifadəyə verilməsidir. Bu, artıq hazırlanıb, təqdim edilib. İki ilə bura demək olar ki, tam hazır olacaq. Eyni zamanda, Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyində təcili tibbi yardım xidməti yaradılıb. Təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb".
.