Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzasını 6 il 9 ay 20 günə endirib. Həmin müddət də başa çatıb.

Vəkil qeyd edib ki, hazırda Naxçıvanda cəzacəkmə müəssisəsində olsa da hələ ki, müvəkkili azadlığa buraxılmayıb.

.