“NATO-nun şərq cinahında daimi müttəfiq bazaları yaradılmalıdır”.

Bunu Polşanın Baş naziri Mateuş Moravietski Polşa Beynəlxalq Münasibətlər İnstitutunun konfransında çıxışı zamanı deyib.
“Şərq cinahı ölkələrində daimi müttəfiq bazaları yaradılmalıdır. Polşa belə bazalar tikməyə hazırdır”, - Baş nazir vurğulayıb.
Polşa hökumətinin başçısı Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə də toxunub: “Mən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm siqnal hesab edirəm. Açıq şəkildə bildirmək istəyirəm ki, onların NATO-ya qəbulu prosesi müddətində İsveç və ya Finlandiyaya hücum olarsa, Polşa onlara kömək edəcək”.

.