NATO ölkələri Ukraynaya çoxillik strateji yardım proqramının hazırlanmasına başlamaq barədə razılığa gəliblər.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, Ukrayna silahlarının NATO standartlarına uyğunlaşdırılmasına kömək edəcəklər.

Y.Stoltenberqin sözlərinə görə, Ukraynanın gələcəyi Avro-Atlantik məkanla bağlıdır.

Baş katib Ukraynaya gələcək yardım proqramının təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Y.Stoltenberq bundan əvvəl bildirmişdi ki, NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro dəyərində hərbi yardım edib.

.