NATO Rusiya sərhədində yerləşən Şərqi Avropa ölkələrində "Yaz qalxanı” adlı hərbi təlimlərə başlayıb.
Xarici mediaya xəbər verir ki, hərbi təlimlər aprelin 30-dək davam edəcək.

Təlimlərdə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, İngiltərə, Lüksemburq, Bolqarıstan, Ruminiya, Slovakiya, Almaniya və İsveç ordularına aid 1200 nəfər hərbçi iştirak edir.
Rəsmi Moskva Rusiyanın Qərb sərhədlərində keçirilən hərbi təlimlərin ona qarşı olduğunu bəyan edib.
Kreml NATO-nun addımının Rusiyanı təhdid etdiyini bildirib.
.