NATO-ya üzv ölkələrin hərbi hava qüvvələrinin qırıcıları Estoniyanın hava məkanında növbəti təlim uçuşları keçirir.
Yenizaman bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təlimlər 24–30 noyabr tarixləri ərzində davam edəcək. Manevrlərin bir hissəsi yerin səthindən 152 metrdən az olmamaqla alçaq yüksəkliklərdə baş tutacaq. Təlimlər çərçivəsində səs sürətini aşan uçuşlar da yerinə yetiriləcək.
Öz hərbi aviasiyası olmayan Baltik ölkələrinin hava məkanına nəzarəti NATO müttəfiqləri təmin edir. 2004-cü ildən etibarən alyans ölkələrinin qırıcıları rotasiya əsasında Litvadakı Zoknyay bazasında dislokasiya olunur.
.
