NATO Kiyevə təhlükəsizlik zəmanəti verməsə, bəzi NATO ölkələri Ukraynaya hərbi qüvvələr göndərməyə hazır ola bilər.

Bu barədə NATO-nun keçmiş Baş katibi Anders Rasmussen deyib.

O bildirib ki, alyans Ukrayna üçün irəliləyişlə bağlı qərar verə bilməsə, NATO dövlətlərinin fərdi şəkildə hərəkətə keçə biləcəyi ilə bağlı “açıq bir ehtimal” var.

"Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməkdə çox fəal iştirak edir. Və mən Polşanın bu kontekstdə milli zəmində daha da güclənəcəyini və Baltikyanı dövlətlərin də onun ardınca gedəcəyini hətta əraziyə qoşunların yerləşdirilməsi ehtimalını istisna etməzdim", - Rasmussen bildirib.

"Biz Polşanın hisslərini aşağı qiymətləndirməməliyik, indi polyaklar hesab edirlər ki, çox uzun müddət Qərbi Avropa onların əsl rus mentaliteti ilə bağlı xəbərdarlıqlarına qulaq asmayıb", NATO-nun keçmiş Baş katibi əlavə edib.

.