NATO-nun Baş katibi Mark Rütte Gürcüstan hakimiyyətini sülh və sabitliyi təşviq etməyə çağırıb.
Yenizaman “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Gürcüstan hökümətini sülh və sabitliyin təşviqi üçün mümkün olan hər şeyi etməyə çağırıram. Mənə elə gəlir ki, bu, xalqın maraqlarına cavab verir”.
M.Rütte etirazlar zamanı zorakılıq xəbərlərinin narahatlıq doğurduğunu və bu hərəkətləri pislədiyini bildirib.
.