"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur."

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür və bu prosesdə NATO hansısa fəal rol oynamır.
"Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Sevinirik ki, prezidentlər dialoqu bərpa ediblər. Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq", - Y.Stoltenberq deyib.

.